- Baxış sayı: 6
- 03 Mart 2026 11:57
- Baxış sayı: 51
- Mart 02, 2026
- 0

La liqanın XXVI turunda sensasiya qeydə alınıb.
Allsport.az xəbər verir ki, “Real Madrid” öz meydanında “Xetafe”yə minimal (0:1) hesabla məğlub olub.
Matçın taleyini 39-cu dəqiqədə qonaqların hücumçusu Martin Satrianonun vurduğu qol həll edib. Bu nəticə ilə “Xetafe” 2008-ci ildən bəri ilk dəfə “Santyaqo Bernabeu” stadionunda “Real”a qalib gəlməyi bacarıb.
Həmin vaxtdan bəri bu stadionda keçirilən 16 ardıcıl qarşılaşmanın hamısında “kral klubu” qələbə qazanmışdı.