- Baxış sayı: 35
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, “Barselona”nın hücumçusu Robert Levandovski ötən il səviyyəsindəki çıxışını dəyərləndirib.
“2023-cü ildə elə an oldu ki, özümü təkcə zehni deyil, həm də fiziki cəhətdən zəif hiss edirdim. Həmin il bütün mənfi amillər birləşdi və bir anda gəldi. Hər şey birləşdi.
Təbii ki, səhvlərim olub. Özümü bir növ axın içində tapdım, oradan çıxmağım çox uzun sürdü. Futbolda isə bunu bir-iki həftəyə etmək asan deyil.
2022-ci il dünya çempionatı zamanı testlərdən keçdim və fiziki cəhətdən yaxşı olduğumu gördüm, irəliləməyə davam etdim. Bu o deməkdir ki, məni hələ çox gözəl oyunlar gözləyir. Amma 2023-cü ildə içimdəki yanğın sönmüşdü”.