- Baxış sayı: 85
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Lion” “Gent”dən hücumçu Gift Orbanı transfer etdiyini açıqlayıb.
Allsport.az xəbər verir ki, bu transfer Fransa komandasına 12 milyon avroya başa gəlib, daha 8 milyonu isə bonuslarla ödənilib. Gələcəkdə oyunçu yenidən satılarsa, “Gent” transfer haqqının 20%-ni alacaq.
Orban “Lion”la 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.
Bu mövsüm 21 yaşlı Orban Belçika çempionatında 17 matçda 3 qol vurub.