- Baxış sayı: 24
- 24 Noyabr 2024 17:35
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
Bu gün premyer liqanın 33-cü turunda “Turan Tovuz” evdə “Zirə” ilə görüşdü. Allsport.az saytı xəbər verir ki, meydan sahibləri oyuna fəal başlasa da, hesabı açan qonaqlar oldu. 14-cü dəqiqədə hücumçu Salifu Suma rəqib medafiəçilərin ağırlığından yararlanıb cəld tərpəndi və fərqləndi.
2-ci yarıya da “boz qurdlar” sürətli başladılar. Rəqibi sıxdılar və bunun məntiqi nəticəsi kimi 52-ci dəqiqədə Fərid Nəbiyev qarmaqarışıqlıq zamanı topu tora göndərdi.
“Turan Tovuz” yenə fəal idi, amma növbəti qol onlardan deyil, “qartallar”dan gəldi. Matça sonradan qoşulan Sezar Meza Kolli (70 dəq) uzaqdan güclü zərbə vurdu – 2:1.
Görüşün son dəqiqələrin bir qrup yerli azarkeş baş məşqçi Ayxan Abbasovu istefaya səslədi. Bu zaman tərəfdarlar arasında fikir ayrılığı və qalmaqal yaşandı. Polislər hadisəyə müdaxilə etdilər.