“Ondan sonra növbəti mövsüm haqda fikirləşəcəyik”

Premyer liqanın 34-cü turunda “Turan Tovuz” səfərdə “Araz-Naxçıvan”a 1:0 qalib gəlib. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov oyun haqda danışıb:

“Futbolçuların psixoji durumdan çıxmaları, birliyimiz, bərabərliyimiz üçün vacib idi. Rəhbərliyimizə, azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən dəstək oldular. Oyun başlayandan etibarən nəzarətimizdə idi. Rəqibin təhlükəli əks hücumları oldu. Birinci hissə rəqibin cərimə meydançası daxilində son toxunuşlarda qərarlarımız yaxşı olmadı. İkinci hissədə yaxşı hücumlarımız oldu. Qələbə qazandıq. Son iki oyunumuz qalıb. Ondan sonra növbəti mövsüm haqda fikirləşəcəyik”.

Həmin kateqoriyadan