- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Barselona”nın və Braziliya millisinin hücumçusu Rafinya karyerasını başa vurmağa yaxın olduğunu etiraf edib.
Allsport.az xəbər verir ki, 27 yaşlı futbolçu 2022-ci ilin yayında 58 milyon avroya “Lids”dən “Barsa”ya keçdikdən sonra ağır tənqidlərlə üzləşib. Futbolçunun statistikası medianı və azarkeşləri qane etməyib.
“Son vaxtlara qədər şəxsi və peşəkar problemlərə görə hər şeyi tərk etməyi düşünürdüm. Mən təslim olmaq, futbolu tərk etmək barədə düşündüm, çünki bəzi psixi problemlərin, çətinliklərin və medianın və ya azarkeşlərin hücumlarının öhdəsindən gələ bilmədim”, – “Football Espana” Rafinyadan sitat gətirir.