İspaniya 4-cü liqa klubu ilə anlaşdı

“Real Madrid”in və “Napoli”nin keçmiş cinah oyunçusu Xose Kalyexon “Marbella”nın heyətinə qatılıb. Allsport.az saytı xəbər verir ki, o, İspaniya 4-cü liqa klubu ilə 2025-ci ilin yayına qədər anlaşıb.

37 yaşlı futbolçu 2011/12 mövsümündə “Real Madrid”lə İspaniya çempionu, “Napoli” ilə 2 dəfə İtaliya kubokunun qalibi olub.

Kalyexon son 2 mövsüm “Qranada”da çıxış edib. La liqada 25 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan