- Baxış sayı: 70
- 09 Fevral 2026 09:50
- Baxış sayı: 211
- Fevral 13, 2026
- 0

Fevralın 16-da böyüklər arasında ne-vaza üzrə ACF kuboku keçiriləcək.
Allsport.az xəbər verir ki, yarışda 38 klub və idman cəmiyyətini təmsil edən 242 cüdoçu (211 kişi, 31 qadın) 12 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Cüdoda ne-vaza bacarıqları idmançıların görüş zamanı yer (parter) texnikalarını inkişaf etdirməsinə və təkmilləşdirməsinə şərait yaradır. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi daha effektiv şəkildə məğlub etmək üçün vacib taktiki yanaşmaların formalaşmasında mühüm rol oynayır.