25-ci oyunda 10-cu qələbə

Premyer liqanın VI turu “Araz-Naxçıvan” üçün 2-qat əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Neftçi”ni “Dalğa arena”da qəbul edən “qırmızılar” 25-ci ev matçına çıxıb.

1:0 hesabı ilə qalib gələn Azər Bağırovun komandası ölkə çempionatlarında 10-cu ev qələbəsinə yiyələnib. Digər 15 görüşdə 7 heç-heçəsi olan muxtar respublika təmsilçisi 8 dəfə uduzub.

Klubun premyer liqada ilk oyunu və qələbəsi 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 12-də “Dinamo-Bakılı” ilə matçda qalib müəyyənləşməyib – 0:0. 2001-ci il martın 12-də “Şahdağ”la (Quba) qarşılaşmada meydan sahiblərinə texniki qələbə verilib.

Həmin kateqoriyadan