- Baxış sayı: 40
- 22 Noyabr 2024 23:11
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Uqandalı yüngül atlet Coşua Çepteqei İspaniyanın Valensiya şəhərində keçirilən “World Athletics Silver Label”də 10 kilometr məsafəyə fərdi şosse yürüşündə yeni dünya rekorduna imza atıb.
Allsport.az xəbər verir ki, bu barədə beynəlxalq yüngül atletika federasiyasının mətbuat xidmətindən məlumat verilib.
İdmançı bu nəticəni cəmi 26 dəqiqə 38 saniyə ərzində göstərib. Bununla da o, keniyalı Leonard Komonun rekordunu yeniləyib. 2010-cu ildə Komon həmin məsafəni 26 dəqiqə 44 saniyəyə qət etmişdi.
23 yaşlı Çepteqei 10000 metr məsafəyə qaçış üzrə həqiqi dünya çempionudur. O, 2017-ci ildə Londonda keçirilən dünya çempionatında gümüş medal qazanıb.