- Baxış sayı: 42
- 10 Aprel 2026 13:30
- Baxış sayı: 69
- Aprel 10, 2026
- 0

Fevralın 19-20-də Sərhədçi atçılıq mərkəzində “Sərhədçi” kuboku uğrunda konkur yarışları keçirilib.
Allsport.az xəbər verir ki, “E” kateqoriyasında 26 idmançının iştirakı ilə baş tutan mübarizədə Mədinə Məmmədova (“Elite” atçılıq klubu) “Ayla” ləqəbli atla birinci, “Walonka” ləqəbli atla ikinci, Amena Gonizzi (Respublika atçılıq və müasir beşnövçülük üzrə ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi) “Pur-Pur” ləqəbli atla üçüncü yerin sahibi olublar.
“L” kateqoriyasında yaş məhdudiyyəti olmadan 17 idmançının mübarizə apardığı yarışda Anar Hümbətov (“Elite” atçılıq klubu) “Damla” ləqəbli atla birinci, Kənan Novruzov (“Ömər” atçılıq klubu) “Tutu MNM” ləqəbli atla ikinci, “Miss Baloubet MNM” ləqəbli atla üçüncü yerin sahibi olublar.
“M*” kateqoriyasında yaş məhdudiyyəti olmadan 10 idmançının mübarizə apardığı yarışda Anar Hümbətov (“Elite” atçılıq klubu) “Zirvə” ləqəbli atla birinci, Elmar Abdullayev (“Gilan” atçılıq klubu) “Carthanio” ləqəbli atla ikinci, Anar Hümbətov (“Elite” atçılıq klubu) “Damla” ləqəbli atla üçüncü olublar.