- Baxış sayı: 47
- 22 Noyabr 2024 23:11
- Baxış sayı: 49
- Dekabr 11, 2024
- 0
Gənclər və idman nazirliyi və Azərbaycan atletika federasiyasının təşkilatçılığı ilə “İstedadlı uşaqların müəyyən edilməsi layihəsi” çərçivəsində Tofiq Qarayev mükafatı uğrunda üçnövçülük yarışı keçirilib.
Allsport.az xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan atletika federasiyasının prezidenti Cavid Qurbanov atletikada ilk addımlarını atan iştirakçılara uğurlar arzulayıb və əsas məqsədin istedadlı uşaqların müəyyən edilərək onlara lazımi dəstəyin göstərilməsindən ibarət olduğunu bildirib. SSRİ rekordçusu, ümumittifaq dərəcəli hakim Tofiq Qarayevin şərəfinə həsr olunmuş 27-ci ölkə yarışında paytaxtla yanaşı, Gəncə, Quba, Xaçmaz, Xızı, İsmayıllı, Gədəbəy, Bərdə və Astaradan olan 2011/2012-ci il təvəllüdlü 80 iştirakçı mübarizə aparıb. 60, 200 metr məsafəyə qaçış və uzunluğa tullanma üzrə mübarizənin yekununda oğlanlarda Oqtay Xudiyev, qızlarda isə Səlma Ağabəyova hər 3 növdə birinci olaraq üçnövçülüyün qalibi adını qazanıblar.
“İstedadlı uşaqların müəyyən edilməsi layihəsi” çərçivəsində Avropa atletikasının dəstəyi ilə dekabrın 5-də təşkil olunmuş digər yarışda olimpiya mədəniyyəti və təhsil proqramına qatılan 140 məktəblinin qüvvəsi nəzərdən keçirilib.