- Baxış sayı: 40
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0
AFFA intizam komitəsi “Səbail” klubunun akademiyasının koordinatoru Mirbağır İsayevi cəzalandırıb. Allsport.az saytı xəbər verir ki, buna 48 yaşlı mütəxəssisin U-17 liqasında “Turan Tovuz”la matçda rəsmi şəxsləri təhqir etməsi səbəb olub.
Onun 3 ay müddətinə futbolla bağlı vəzifələrdə (inzibati, idman və s.) işləməyinə qadağa qoyulub. Klub bunun üçün 4 min manat məbləğində cərimə edilib.
Paytaxt təmsilçisinin baş məşqçisi Yaşar Abuzərov isə 5 oyunluq cəza ilə üzləşib. Mütəxəssis 86-cı dəqiqədə meydana daxil olduqdan sonra hakimi təhqir edib və qırmızı vərəqə alıb.