3-cü mərhələnin qalibləri

Aprelin 12-də Xankəndi ultramarafonunun 3-cü mərhələsi keçirilib.

Allsport.az xəbər verir ki, yarış Bərdə şəhərindən start götürərək 44 km məsafəni qət etməklə Ağdam şəhərində yekunlaşıb. Bu mərhələdə ümumilikdə 49 idmançı iştirak edib, onlardan 48 nəfəri finiş xəttini keçə bilib.

Kişilər arasında Türkiyə təmsilçisi Üzeyir Söyləməz (3:09:51) bu mərhələnin qalibi olub. Onun həmyerlisi Ömər Alkanoğlu (3:25:11) ikinci, Gürcüstan təmsilçisi Giorgi Lomidze (3:25:35) isə üçüncü yeri tutublar.

Qadınlar arasında isə Ukrayna təmsilçisi Alyona Şevçenko (3:54:47) birinci olub. Türkiyədən Dəmir Hasibə (4:17:13) ikinci, Azərbaycan təmsilçisi Leyla Abidinova (4:42:28) isə üçüncü olublar.

Həmin kateqoriyadan

azenrutr