3-cü tur keçirildi

Region liqasında 2021/2022 mövsümünün 3-cü turunun oyunları keçirilib.

Allsport.az xəbər verir ki, paytaxt və şimal, cənub, mərkəz, şimal-qərb və qərb regionu üzrə 10 oyun baş tutub.

Lənkəranda mövsümün ilk rəsmi oyununda “Xan Lənkəran” “Qobustan”ı böyük hesabla məğlub edib. Cənub təmsilçilərindən “Astara” da rəqibini asanlıqla yenib. Paytaxt və şimal regionunun “A” qrupundakı hər iki görüşdə də darmadağın qeydə alınıb. 

III turun oyunlarının nəticələrini təqdim edirik:

Paytaxt və şimal regionu

A” qrupu

Şirvanovka (Qusar)
Qusar
Dirçəliş (Bakı)
İsgəndər Cavadov BFA (Bakı)
Mübariz (Bakı)

Nəticələr:

Qusar – Mübariz 7:0
İCBFA – Dirçəliş 4:0 

Mərkəz regionu

Mil (Beyləqan)
Ağsu Siti
Araz (Saatlı)
İmişli
Füzuli
İsmayıllı

Nəticələr:

İmişli – Ağsu Siti 3:3
İsmayıllı – Araz (Saatlı) 0:2
Füzuli – Mil 3:1

Cənub regionu

Ümid (Cəlilabad)
Astara
Ərkivan (Masallı)
Qobustan
Xan Lənkəran

Nəticələr:

Astara – Ümid 4:0
Xan Lənkəran – Qobustan 5:0

Şimal – qərb və qərb regionu

Energetik (Mingəçevir)
Göyəzən (Qazax)
Qoşqar UGİM-2 (Gəncə)
Şəki
Gəncə
Karvan (Yevlax)
Ağstafa

Nəticələr:

Qoşqar – Karvan 2:3 
Gəncə – Şəki 3:1
Göyəzən – Energetik 1:2

Paytaxt və şimal regionunun “B” qrupunda iştirakçı sayı az (4) olduğuna görə, təşkilatçılar komandaların bu həftə məcburi istirahət etmələrinə qərar veriblər. Beləliklə, “Davam” – “İrəvan” və “Cəbrayıl” – “Şahdağ” oyunlarının gələn həftə keçirilməsi qərara alınıb.

Həmin kateqoriyadan