- Baxış sayı: 31
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Topaz premyer liqasında yeni mövsüm başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk turda 3 qarşılaşma baş tutub. “Qarabağ”la “Zirə” arasında nəzərdə tutulan görüş Ağdam klubunun çempionlar liqasında çıxışı ilə əlaqədar təxirə salınıb.
Keçirilən 3 matçı stadiondan izləyən azarkeş sayı bəlli olub. Ən yüksək göstərici “Sumqayıt”la “Neftçi” arasında “Dalğa arena”da baş tutan açılış oyununda (0:3) qeydə alınıb. “Gənclik şəhəri” təmsilçisinin nominal meydan sahibi olduğu oyunu 800 nəfər tribunadan izləyib.
“Keşlə”nin öz meydanında debütant “Sabah”a minimal hesablı məğlubiyyətinə isə cəmi 300 nəfər şahidlik edib. Turun Qəbələ şəhər stadionunda keçirilmiş “Qəbələ” – “Səbail” (3:0) matçında 600 azarkeş qeydə alınıb.
Turun 3 oyununu ümumilikdə 1700 nəfər izləyib. Bu isə orta hesabla hər görüş üçün 560 azarkeş deməkdir.