- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Milli komandaların heyətində ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklər olub.
Allsport.az saytının məlumatına görə, buna yığma səviyyəli yoxlama və rəsmi matçlar səbəb olub.
100 və daha çox görüşə çıxanların siyahısında yer alan yeganə Azərbaycan təmsilçisi Rəşad Sadıqovun da mövqeyində dəyişiklik olub. Millimizdə 111 matça çıxan sabiq kapitan 3 pillə geriləyib.
Abdelkarim Hassan (Qətər), Tomas Rinkon (Venesuela) və Maya Yoşida (Yaponiya) milli forma ilə 112-ci oyuna çıxıb. Bu “üçlük” Sadıqovu arxada qoyub.
Təmsilçimiz sıralamada 309-319-cu yerləri bölüşən oyunçular arasındadır. Rəşad kimi daha 10 futbolçu 111 dəfə milli forma geyinib.
Həmyerlimizin şərikləri Qodfri Çitalu (Zambiya), Camal Busuttil (Malta), Andrey Şevçenko (Ukrayna), Karlos Valderamma (Kolumbiya), Rikardo Qardner (Yamayka), İqor Akinfeyev (Rusiya), Mehdi Kərim (İraq), Emilio İzaquirre (Honduras), Animal Qodoy (Panama) və Yoşimar Yotundur (Peru).
Cədvəldə yığmada 100 və daha çox oyun keçirən 575 futbolçu yer alıb. İlk pillədə Malayziya millisində 195 matç keçirən So Çin Andır.