- Baxış sayı: 35
- 29 Mart 2026 14:51
- Baxış sayı: 94
- Mart 29, 2026
- 0

Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, 51 yaşlı mütəxəssisin yubileyi Misli premyer liqasının 2-ci turuna təsadüf edib. Onun rəhbərlik etdiyi komanda öz meydanında “Turan Tovuz”a 3:0 qalib gəlib.
Mütəxəssis bu rəqəmə 2 klubda – “Neftçi” və “Qarabağ”da çalışdığı müddətdə çatıb. Bu göstəricidə ölkə çempionatında rekordçu olub. Ən yaxın izləyicisi Ağasəlim Mircavadovun hesabında 204 qələbə var.
Onun baş məşqçi kimi çempionatda ilk qələbəsi 2006-cı il avqustun 6-sında qeydə alınıb. Debütündə çalışdırdığı “Neftçi” evdə “Gənclərbirliyi”ni 6:1 üstələyib.