- Baxış sayı: 626
- 26 Yanvar 2026 09:09
- Baxış sayı: 169
- Fevral 04, 2026
- 0

Bu gün Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında Tokio-2020 yay olimpiya oyunlarının başlamasına 10 gün qalma münasibəti ilə toplantı keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə söz alan akademiyasının rektoru Fuad Hacıyev, idmançıların Tokioya qalib olaraq yollanacaqlarını dedi:
“30 ildə böyük dövlətlərin edə bilmədiyini biz 44 gündə həll etdik. 2-ci Vətən müharibəsində 78 tələbəmiz döyüşüb, onlardan 13 nəfəri şəhid olub. Olimpiadaya vəsiqə qazananlardan 15 nəfər isə, o cümlədən bayraqdarlar Rüstəm Orucov və Fəridə Əzizova, akademiyamızın məzunlarıdır. Qarabağ zəfərini bizə yaşatmış oğullarımızın şərəfinə idmançılarımızın da bizə qələbə sevinci yaşadacaqlarına inanıram”.