- Baxış sayı: 49
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Dünyanın ən nüfuzlu idman tədbirinə paytaxt Bakı 8-ci dəfə ev sahibliyi edəcək. Allsport.az saytı xəbər verir ki, 13-15 sentyabrda baş tutacaq yarışı 300-ə yaxın media nümayəndəsi işıqlandıracaq. Bunların 200-ə yaxını beynəlxalq jurnalistlərdir. Dünya media nəhəngləri “Sky Sports”, “Motorsport”, “Canal+”, “Netflix”, “The Sun” və digərləri olmaqla, 3 gün ərzində həyəcanlı Bakı yarışını bütün dünya ilə paylaşacaq.
Tədbirin promoteri Bakı şəhər halqası əməliyyat şirkəti tərəfindən qurulmuş, hazırda 450 nəfərlik tutumu olan media mərkəzi jurnalistlərin artıq ixtiyarındadır. Yarış həftəsi, çərşənbə günündən etibarən fəaliyyətə başlayan mərkəzdə yerli və xarici media mənsubları media akkreditasiya mərkəzinin, media mərkəzinin xidmətlərindən faydalanır. Həmçinin, mərkəzdə komandaların mətbuat konfransları həyata keçirilir. Jurnalistlər sorğularını mərkəzin qəbul-sorğu masalarına yönəldə bilir. Media mərkəzi Beynəlxalq avtomobil federasiyasının tələblərinə uyğun qaydada təsis edilir.
2023-cü il Formula-1 Azərbaycan qran prisini televiziya və sosial media platformalarından 90 milyon insan izləyib. F-1 tərəfindən təqdim edilən rəsmi statistikaya əsasən 2022-ci ildə bu rəqəm 59 milyon olmuşdur. Ümumi olaraq azarkeş və turist sayında, eyni zamanda bilet satışlarındakı rekordu nəzərə alaraq, bu il Azərbaycan qran prisinin qlobal izləyici sayında da daha bir rekorda imza atılacağı istisna deyil.