- Baxış sayı: 38
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0

Allsport.az xəbər verir ki, “Qarabağ” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb. Bu, Misli premyer liqasının 36-cı turunda baş verib. Qurban Qurbanovun komandası mövsümün son matçında “Turan Tovuz”a qalib gəlib – 3:1.
Ağdam klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarında 300-cü ev qələbəsini 438-ci oyunda bayram edib. “Qarabağ” bu göstəricidə mütləq rekordçudur.
Ağdamlıların ilk ev qələbəsi 1992-ci mayın 6-da qeydə alınıb. Həmin gün Kürdəmir “Şirvan”ını qəbul edən “Qarabağ” 6 cavabsız qolla qələbə qazanıb.