- Baxış sayı: 23
- 27 Noyabr 2024 17:16
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Premyer liqanın II turunda “Kəpəz”i qənul edən “Neftçi” klubu, 5:2 hesabı ilə qalib gəlib. Allsport.az saytı xəbər verir ki, ev oyununda beş qol vuran flaqman, ölkə çempionatlarında təxminən 10 ildən və ya 9 il 9 aydan sonra belə məhsuldarlıq nümayiş etdirib.
“Ağ-qaralar”ın bir matçda 5 və ya daha çox fərqlənməsi, sonuncu dəfə 2012/13 mövsümündə təsadüf olunmuşdu. 3557 gün əvvəl – 2012-ci il noyabrın 17-də “Sumqayıt”ı qonaq edən “Neftçi” 8:1 hesabı ilə qalib gəlib.
Həmin oyundan sonra paytaxt təmsilçisi bir qarşılaşmada 4-dən çox top vura bilməmişdi. “Neftçi” Azərbaycan çempionatları tarixində 53-cü dəfə bir görüşdə 5 və ya daha çox qol vurub. Bu da ölkə rekordudur.