- Baxış sayı: 93
- 12 Mart 2026 15:31
- Baxış sayı: 166
- Mart 19, 2026
- 0

Ukraynalı atlet Yaroslava Maquçix qadınlar arasında hündürlüyə tullanma üzrə 37 illik dünya rekordunu qırıb. Allsport.az saytı xəbər verir ki, 22 yaşlı idmançı “Brilyant liqa”nın Paris mərhələsində 2,10 m hündürlüyün öhdəsindən gəlib və qızıl medal qazanıb.
Əvvəlki rekordun sahibi bolqar Stefka Kostadinova idi. O, 1987-ci ildə İtaliyanın paytaxtı Romada keçirilmiş dünya çempionatında 2,09 m göstəriciyə nail olmuşdu.
Tokio olimpiadasında bürünc medal qazanmış Yaroslava, dünya və 2-qat Avropa çempionudur.