- Baxış sayı: 85
- 14 Dekabr 2025 10:00
- Baxış sayı: 167
- Dekabr 19, 2025
- 0


Bakı su idmanı sarayında “Üzgüçülük hamı üçün” adlı yarışın açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbir dövlət himninin səsləndirməsi ilə başlayıb. Sonra gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan üzgüçülük federasiyasının prezidenti Zaur Əliyev çıxış ediblər.
Ölkə üzrə 4-cü dəfə təşkil olunan yarışda 9–10 yaş, 11–12 yaş, 13–14 yaş, 15–16 yaş, 17–19 yaş, 20–24 yaş, 25–29 yaş, 30–34 yaş, 35–39 yaş, 40–44 yaş, 45–49 yaş, 50–54 yaş, 55–59 yaş və 60 yaşdan yuxarı yaş dərəcələrii üzrə ümumilikdə 1551 iştirakçı mübarizə aparır.
Yarışlar Bakı və bölgələrdə 37 üzgüçülük hovuzunda keçirilir.