- Baxış sayı: 18
- 24 Noyabr 2024 21:49
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Premyer liqanın XXX turunda üz-üzə gələn “Sumqayıt”la “Zirə” mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar.
Allsport.az xəbər verir ki, bu komandaların bir görüşündə isə Bakı klubu minimal hesabla qalib gəlib. Rəqiblərin 4 duelində yalnız 1 qol vurulub.
Bu, ölkə çempionatları tarixində 2-ci hadisədir ki, dörd dəfə üz-üzə gələn komandaların qarşılaşmalarında bir qol vurulur. 10 il əvvəl – 2012/13 mövsümündə “Qarabağ”la “Simurq”un 4 matçında 1 qol vurulub. Həmin qola Zaqatala təmsilçisi imza atıb.
“Sumqayıt” – “Zirə” və “Qarabağ” – “Simurq” cütləri Azərbaycan çempionatlarının 2-ci ən aşağı məhsuldarlığına şərikdir. Mütləq rekord isə 2009/10 mövsümünün “Böyük oyun”larına təsadüf edib. “Neftçi” və “Xəzər Lənkəran”ın 4 matçı da qolsuz başa çatıb.