4 yubiley birdən və 167 günlük həsrətə son

Premyer liqanın 22-ci turunda “Qəbələ” ilə görüş “Səbail” klubu üçün yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, İbrahim Aslanlının 73-cü dəqiqədə vurduğu qol, komanda tarixinə ümumilikdə 100-cü, evdə 50-ci qol kimi düşüb.

Paytaxt təmsilçisi “100”ə 126-cı oyunda çatıb. Evdəki 50-ci topu 64-cü matçına təsadüf edən bakılılar digər 50 qolu səfərdə vurub. 3:0 hesabı ilə qalib gələn “dənizçilər” 6 oyunluq məğlubiyyət və 13 matçlıq qələbəsizlik seriyalarına son qoyub.

Aftandil Hacıyevin komandası sonuncu dəfə ötən il oktyabrın 25-də 3 xal qazanıb. 167 gün əvvəl paytaxt təmsilçisi “Qarabağ”ı 3:1 hesabı ilə məğlub edib.

Bu qələbə onun baş məşqçi karyerasında yubiley xarakteri daşıyıb. Aftandil Hacıyevin rəhbərliyi ilə ümumilikdə 110-cu oyuna çıxan “Səbail” 30-cu dəfə qalib gəlib.

Həmin kateqoriyadan