- Baxış sayı: 29
- 14 Dekabr 2025 23:03
- Baxış sayı: 168
- Dekabr 14, 2025
- 0

“Əl-Əhli”nin və Türkiyə millisinin mərkəz müdafiəçisi Merih Dəmiral Avro-2024-ün 1/8 finalında Avstriya ilə matçda dubla imza atıb.
Allsport.az xəbər verir ki, 26 yaşlı futbolçu matçın 1-ci (Avro pley-off tarixinin ən sürətli qolu) və 59-cu dəqiqələrində fərqlənib.
Dəmiral Avropa çempionatı matçında dubl edən tarixdə 4-cü müdafiəçi olub. Əvvəllər buna Fransua Hett (Fransa, 1960), Novak Dezsa (Macarıstan, 1964) və Jan-Fransua Domerq (Fransa, 1984) nail olmuşdu.
Komandalar arasında görüş Leypsiqdə baş tutur. 83-cü dəqiqədə Türkiyə 2:1 hesabı ilə öndədir.