40 yaşlı Pepe “Portu”da qalacaq

Portuqaliya liqası komandalarından olan “Portu” 40 yaşlı təcrübəli müdafiəçi Pepe ilə müqaviləni uzadıb.

Allsport.az xəbər verir ki, Pepenin müqaviləsi mövsümün sonunda bitəcəyi üçün yenidən “Portu” ilə masa arxasına əyləşdiyi bildirilir. Portuqaliyalı müdafiəçi ilə 2024-cü ilin iyun ayına qədər müqavilə imzaladığı bildirilib.

Müqaviləni imzaladıqdan sonra Portuqaliya klubunun prezidenti Pinto da Kosta deyib: “40 yaşlı futbolçunun müqaviləsinin yenilənməsi qeyri-mümkün görünürdü, amma elə deyil. Bu, Pepenin son müqaviləsi olmaya bilər”.

Uzun müddət “Real Madrid”də oynadıqdan sonra bir müddət “Beşikdaş”üçün də tər tökən Pepe bu mövsüm “Portu” ilə 4-ü çempionlar liqası olmaqla 28 rəsmi matça çıxıb və 2275 dəqiqə meydanda qalıb.


Həmin kateqoriyadan