400-cü qələbə

Allsport.az xəbər verir ki, Qurban Qurbanov baş məşqçi karyerasında 400-cü qələbəsini qazanıb. “Qarabağ”ın çalışdırıcısının yubileyi Azərbaycan premyer liqasının 29-cu turuna təsadüf edib. “Kəpəz” üzərində 3:1 hesablı qələbə 51 yaşlı mütəxəssisə üç gün sonrakı ad günü öncəsi yubiley xarakteri daşıyıb.

Bu, Qurbanovun baş məşqçi karyerasında 704-cü matçda qeydə alınıb. 25-ci turun “Qəbələ” ilə görüşündə 700-cü dəfə meydana komanda çıxaran mütəxəssis qısa müddətdə növbəti yubileyini gerçəkləşdirib. Hər iki görüşdə onun komandası 3:1 hesabı ilə qalib gəlib. 704 qarşılaşmada 178 heç-heçə və 126 məğlubiyyət də qeydə alınıb.

Qurbanov karyerası ərzində üç komandaya – “Neftçi”, “Qarabağ” və Azərbaycan millisinə rəhbərlik edib. O, Ağdam klubu ilə 371, Bakı təmsilçisində 25, yığmada 4 uğura sevinib.

Qurbanovun baş məşqçi kimi ilk qələbəsi debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib.

Həmin kateqoriyadan