- Baxış sayı: 33
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 102
- Fevral 06, 2026
- 0

“Kəpəz” premyer liqanın 2023/24 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, Gəncə təmsilçisi səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib.
Qərblilər sonuncu dəfə üç və ya daha çox top fərqli qələbəyə ötən mövsümdə sevinmişdi. 2022-ci il oktyabrın 29-da “Səbail”lə qarşılaşan “Kəpəz” 3:0 hesablı ev qələbəsindən 406 gün sonra eyni nəticəyə imza atıb.
Gəncəlilər rəqib meydanındakı böyükhesablı qələbəni isə 2772 gün sonra əldə edib. 7 il 7 ay öncə – 2016-cı il mayın 7-də “Xəzər Lənkəran”ın qonağı olan “Kəpəz” rəqib qapısından 3 top keçirib.