- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bəzi futbol liqalarında ötən həftəsonu start götürən tura bu axşam keçiriləcək oyunlarla yekun vurulacaq. Allsport.az saytı xəbər verir ki, onların arasında Avropanın “top liqaları” da var. Günün ən çox maraq doğuran matçı İngiltərə Premyer Liqasının “Arsenal” – “Lester” görüşüdür. 2 mövsüm əvvəl 124 illik tarixində yeganə çempionluğu qazanan “Lester” artıq o səviyyədə deyil. 8 turda cəmi 12 xal toplayan “tülkülər” hazırda premyer liqada 11-ci sıradadır.
“Lester” arxada qalan 8 turda Premyer Liqada heç-heçə oynamayan 3 komandadan biridir. Digər belə bir komanda isə “Lester”in bugünkü rəqibi “Arsenal”dır. Çoxillik “monarx” Arsen Vengeri Unay Emeri əvəzlədikdən sonra “Arsenal”ın oyununda keyfiyyət dəyişikliyi hiss olunur. Hazırda 18 xalla 5-ci yerdə qərarlaşan “topçular”ı liderdən 5 xal ayırır. Avroliqada bizim “Qarabağ”ın da rəqibi olan “Arsenal” avqustun 25-dən bu yana bütün turnirlər daxil olmaqla keçirdiyi 9 matçın hamısını qazanıb. Komandanın “Lester” qarşısında da heyrətamiz statistik üstünlüyü var. Belə ki, “Arsenal” düz 45 ildir öz meydanında “Lester”ə uduzmur. Sonuncu dəfə “Lester” “topçular”ı səfərdə uzaq 1973-cü ildə məğlub edib. Mövcud durumu nəzərə alsaq, axşamkı dueldə “Arsenal”ın aşkar favorit sayılması məntiqəuyğundur.
Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz” saat 23-də başlayacaq bu matç üçün əmsalları belə müəyyənləşdirib: “Arsenal”ın qələbəsi 1.50, heç-heçə 4.10, “Lester”in qələbəsi 5.10.
Qarşılaşmaya həm “təkli”, həm də canlı mərc etmək olar. Bu görüşdən başqa, “Topaz”da daha 3 matça – “Trabzonspor” – ”Ərzurum Büyükşehir” (kod 1147, saat 21:00), “Sampdoriya” – “Sassuolo” (kod 1159, saat 22:30) və “Real Sosyedad” – “Jirona” (kod 1167, saat 23:00) duellərinə də “təkli oyun” statusu verilib.
Ümumiyyətlə, “Topaz” bu gün mərc həvəskarlarına 37 oyun təklif edir. Onlardan 21-nə canlı mərc etmək mümkündür. İstənilən halda, qazanmaq öz əlinizdədir. İntuisiyanıza güvənin, oynayın və qazanın.