- Baxış sayı: 35
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 120
- Noyabr 25, 2024
- 0
Premyer Liqanın 33-cü turunun AzAL-la ev oyunu “Neftçi” üçün yubiley qolu ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatları tarixində öz meydanında keçirdiyi qarşılaşmalarda 700-cü qolu vurub.
Bu görüşədək 338 ev oyununda 698 dəfə rəqib qapılarına yol tapan “ağ-qaralar”ın paytaxt derbisindəki 2-ci qolu yubiley xarakteri daşıyıb. “Neftçi”nin öz meydanındakı 700-cü qolunun müəllifi komandanın kapitanı Araz Abdullayev olub. “Təyyarəçilər”ə 3:1 hesabı ilə qalib gələn “ağ-qaralar” qol sayını 701-ə də çatdırıb. Öz meydanında hamıdan çox qol vuran bakılılar 329 matçda 221 qələbə qazanıb, 76 heç-heçə edib və 42 dəfə uduzub. “Neftçi”nin öz meydanındakı top fərqi 701-209-du.
Bu qol Abdullayevin özü üçün də əlamətdar olub. Yarımmüdafiəçi “Neftçi”nin heyətində 30-cu qolunu vurub. Ölkə çempionatında 23 dəfə fərqlənən Araz avrokuboklarda 3, Azərbaycan kubokunda 4 qolun sevincini yaşayıb.