- Baxış sayı: 176
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 176
- Dekabr 05, 2025
- 0
Sabah Premyer Liqada cari mövsümə yekun vurulacaq. Allsport.az saytı xəbər verir ki, çempionatda sonuncu – 36-cı turun mərkəzi görüşündə “Kəpəz” Gəncədə Qəbələnin eyniadlı klubunu qəbul edəcək. Mövsümün son oyunu ilə bağlı Gəncə klubunun baş məşqçisi Şahin Diniyev klub saytına açıqlama verib:
“Bu gün çempionatda maraqlı vəziyyət yaranıb, üç komanda bürünc medallara iddialıdır. Hər üç klub da mübarizəni sona kimi davam etdirir. Bu səbəbdən həm “Kəpəz” – “Qəbələ”, həm də “İnter” – “Zirə” oyunları vacibdir.
Biz meydana üç xal üçün çıxacağıq. Nəyə nail olacağımızı oyun göstərəcək. Mövsümün sonuncu görüşü olmasına baxmayaraq, komanda rəqibə qarşı əzmlə, məsuliyyətlə mübarizə aparacaq”.