- Baxış sayı: 47
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 149
- Fevral 02, 2026
- 0
Kişi şahmatçılardan ibarət Azərbaycanın 2-ci komandası Bakı Şahmat Olimpiadasının ilk təlim-məşq toplanışını başa vurub. Allsport.az saytı xəbər verir ki, hazırlığa 6 idmançı – Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunublar.
Şahmatçılar təlim-məşq barədə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə danışıblar. Qeyd edək ki, paytaxtdakı ilk hazırlıq İsrail qrossmeysteri, Avropa çempionu və Bakı Şahmat Məktəbinin yetirməsi Emil Sutovskinin rəhbərliyi ilə keçirilib.