- Baxış sayı: 39
- 30 Mart 2026 21:25
- Baxış sayı: 389
- Mart 30, 2026
- 0

Topaz premyer liqasının cari mövsümündə 5-ci avtoqol qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, bu dəfə “Zirə”nin futbolçusu İlkin Qırtımov topu öz qapısından keçirib. O, 14-cü turun “Qarabağ”la ev oyununda (0:6) uğursuzluq yaşayıb.
Avtoqollardan ikisi İlkinin komanda yoldaşı Adil Nağıyevin passivindədir. O, “Keşlə” və “Sumqayıt”la görüşlərdə “fərqlənib”.
“Zirə”nin üzvlərinin üç avtoqolundan başqa “Qarabağ” və “Sumqayıt”ın oyunçuları da öz qapısına qol vurub. Sonuncuların qapıçısı Mehdi Cənnətov “Keşlə”, “Qarabağ”lı Abbas Hüseynov “Neftçi” ilə görüşdə rəqibini sevindirən qolu vurub.