- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
AFFA intizam komitəsi növbəti iclasını keçirib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 4-cü turunda qeydə alınan qayda pozuntuları barədə qərarlar qəbul olunub.
“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə qonaqlar 700 manat cərimə edilib.
Oyun bitdikdən meydan sahiblərinin köməkçi məşqçisi Əfran İsmayılov oyunun rəsmi şəxslərinin tələblərinə əməl etmədiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Araz-Naxçıvan” klubu 1000 manat cərimə edilib.
“Zirə” – “Sabah” oyununda qonaq komandanın futbolçusu Amin Seydiyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sabah” klubu 1500 manat ziyana düşüb.
“Neftçi” – “Qəbələ” oyununda “ağ-qaralar”ın qapıçısı Rza Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimələnib.
Matç bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə meydan sahibi 800 manat geri düşüb.
“Qarabağ” – “Kəpəz” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə Ağdan komandası 800 manat cərimə edilib.