5 sərbəst güləşçimiz dünya əmsalında ilk sıralarda qərarlaşıb

Dünya Güləş Birliyi cari ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinqi açıqlayıb. Allsport.az saytı xəbər verir ki, “sərbəstlər”dən 16 nəfəri bu siyahıda yer alıblar. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa, 5-i isə ilk beşliyə daxil ola bilib.

Rio oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalçı Cəbrayıl Həsənov (74 kq) reytinqdə 2-ci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Hacı Əliyev (61 kq) və qeyri-olimpiya çəki dərəcəsində dünya çempionatının bürünc mükafatçısı Əhmədnəbi Qvarzatilov (61 kq) əmsalda 4-cüdür.

Onluğa daxil digər bahadırlarımız isə Aslanbəy Alborov (97 kq) və Cəmaləddin Məhəmmədovdur (125 kq).

57 kq 
12. Mahir Əmiraslanov – Yaşar Doğu turniri 2-ci yer (nr)
14. Georgi Edişeraşvili – Qızıl Qran Pri 1-ci yer (11)

61 kq 
4. Əhmədnəbi Qvarzatilov – Dünya çempionatı 3-cü yer (4)
12. Əli Rəhimzadə – U-23 Avropa çempionatı 3-cü yer (nr)

65 kq 
2. Toğrul Əsgərov – Olimpiya Oyunları 2-ci yer (2)
4. Hacı Əliyev – Dünya Kuboku 1-ci yer (5)
12. Məhəmməd Müslümov – Ukrayna beyn. turniri 3-cü yer (15)
19. Teymur Məmmədov – U-23 Avropa çempionatı 1-ci yer (nr)

70 kq 
14. Hacımurad Ömərov – U-23 Avropa çempionatı 1-ci yer (19)
17. Gitinomaqomed Hacıyev – Ukrayna beyn. turniri 3-cü yer (nr)

74 kq 
2. Cəbrayıl Həsənov – Olimpiya Oyunları 3-cü yer (2)

86 kq 
8. Şərif Şərifov – Olimpiya Oyunları 3-cü yer (8)
18. Hacımurad Məhəmmədsəidov – Ukrayna beyn. turniri 1-ci yer (nr)

97 kq 
2. Xetaq Qazyumov – Olimpiya Oyunları 2-ci yer (2)
7. Aslanbek Alborov – Yaşar Doğu turniri 1-ci yer (11)

125 kq
11. Cəmaləddin Məhəmmədov – Dünya Kuboku 3-cü yer (11)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Həmin kateqoriyadan