- Baxış sayı: 27
- 04 Dekabr 2024 22:48
- Baxış sayı: 52
- Dekabr 04, 2024
- 0
Azərbaycan güləş federasiyası (AGF) məşqçilərin ümumrespublika seminarına start verib. Allsport.az xəbər verir ki, ilk belə tədbir Naxçıvanda keçirilib. Muxtar respublikanın güləş məşqçiləri üçün təşkil edilən seminar nəzəri və praktiki hissədən ibarət olub.
Naxçıvan MR gənclər və idman nazirliyinin akt zalında təşkil edilən tədbirin nəzəri hissəsində muxtar respublikanın gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Taleh İbrahimov bu seminarın Naxçıvanda güləşin inkişafına təkan olacağını bildirib. AGF-nin mətbuat katibi Sərxan Musayev son vaxtlar federasiya tərəfindən görülmüş işlərdən, icra edilən layihələrdən və qarşıdakı planlardan söz açıb.
Sərbəst güləş üzrə U-17 milli komandanın böyük məşqçisi Əsgərxan Novruzov Naxçıvan güləşinin ənənələrindən və məşqçilərin daha məsuliyyətlə çalışması fonunda yenidən muxtar respublikada bu idman növündə tərəqqiyə nail olmağın mümkünlüyündən danışıb. AGF-nin hakimlər kollegiyasının sədri Qərib Əliyev güləş qaydalarına toxunub və video təhlillə müxtəlif yarışlardakı mübahisəli epizodlarda verilən qərarları qeyd edib.
Uşaq gənclər idman məktəbinin idman zalında seminarın praktiki hissəsi baş tutub. Ə.Novruzov nümunəvi məşq keçib və müxtəlif fəndlərin icrasını, müdafiə üsullarını ətraflı şəkildə izah edib.
Güləş məşqçilərinin ümumrespublika seminarının növbəti mərhələsi sabah Şirvan şəhərində keçiriləcək.