- Baxış sayı: 19
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0

“Kəpəz” ölkə kubokunda 50-ci səfər oyununu keçirib.
Allsport.az saytı xəbər verir ki, Gəncə təmsilçisi 1/8 finalda “Sabah”ın qonağı olub. Bakı klubu qərblilərin yubileyində 3:0 hesabı ilə qalib gəlib.
“Sarı-göylər” 50 səfər matçında 24 qələbə qazanıb, 9 heç-heçə edib və 17 dəfə uduzub. 70 qol vuran gəncəlilər 59 top buraxıblar.
Yalnız “Neftçi” (74) və “Qarabağ” (67) kubokda daha çox səfər matçı keçiriblər.