- Baxış sayı: 33
- 06 Fevral 2026 12:51
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisinin yubileyi Azərbaycan premyer liqasının XVIII turuna təsadüf edib.
Ağdam klubu səfərdə “Zirə” ilə görüşüb. 51 yaşlı mütəxəssisin komandası 500-cü qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.
O, karyerası ərzində iki kluba – “Neftçi” və “Qarabağ”a rəhbərlik edib. Onun komandaları 500 görüşdə 312 qələbə qazanıb, 117 heç-heçə edib və 71 dəfə uduzublar.