- Baxış sayı: 53
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 126
- Dekabr 19, 2025
- 0

Almaniyanın Şimal-Şərq Regional Liqasında 11-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Moyzelvits” doğma meydanda “RB Leyptsiq” klubunun 2-ci komandası ilə qarşılaşıb.
Qonaqlar bu matçdan qələbə ilə ayrılıblar – 3:0. Futbolçumuzun komandası cari mövsümdə ilk qələbəsini qazanıb. Görüşə start heyətdə başlayan Rüfət yenə 90 dəqiqə meydanda olub. O, 58-ci dəqiqədə komandasının sonuncu qolunu vurub. 11 turdan sonra “Moyzelvits” 8 xalla 18 komanda arasında 15-ci pillədədir