- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
Premyer liqanın 11-ci turunun oyunundan sonra 3 günlük istirahətə buraxılan “Kəpəz”in əsas komandasının üzvləri bu gün məşqləri bərpa edib. Allsport.az saytı xəbər verir ki, “sarı-göylər” noybarın 12-nə kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlaşacaq. Gəncə klubunun çalışmaları hər gün saat 11:00-da başlayacaq.
Milli komandanın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə üz-üzə gələcəyi oyun səbəbindən çempionatda yaranmış fasilə müddətində “Kəpəz” də yoxlama matçı keçirəcək. Nizami yurdunun təmsilçisinin artıq rəqibi də müəyyənləşib. Komandamız Bakıda təlim-məşq toplanışına başlayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə qarşılaşacaq. Sözügedən oyun noyabrın 12-də keçiriləcək.
Qeyd edək ki, çempionatın 12-ci turunda “Kəpəz” səfərdə “Qarabağ”la qarşılaşacaq. Bu oyun noyabrın 19-da keçiriləcək.