AzərTAc 4-cü İslam Həmrəyliyi oyunlarının rəsmi media tərəfdaşı olub

Dekabrın 15-də Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Bakı-2017 İslam Həmrəyliyi oyunları əməliyyat komitəsi arasında rəsmi media tərəfdaşlığı haqqında müqavilə bağlanıb. Allsport.az saytı xəbər verir ki, anlaşmanı AzərTAc-ın baş direktoru Aslan Aslanov və AİSGOC-un korporativ direktoru Elçin Səfərov imzalayıblar.

Əməkdaşlıq müqaviləsinə əsasən, bu KİV qurumu 4-cü İslam Həmrəyliyi oyunlarının loqosunu və Bakı-2017-in rəsmi xəbər agentliyi” nişanını öz xəbərlərində, foto və videomateriallarında istifadə etmək və yayımlamaq hüququ əldə edir. AzərTAc İslam Həmrəyliyi oyunlarını yüksək səviyyədə işıqlandırmaq və təbliğ etmək üçün təcrübəli idman jurnalistlərini, həmçinin fotomüxbir və operatorlarını cəlb edəcək.

Agentliyin oyunlarla bağlı informasiyaları oxuculara 7 dildə, videoxəbərləri isə Azərbaycan və ingilis dillərində təqdim olunacaq. Oyunlarla bağlı bütün xəbərlər AzərTAc-ın saytında “Bakı-2017” bölməsində yerləşdiriləcək. Eyni zamanda, AzərTAc yarışlarda iştirak edən yerli və xarici idmançılar haqqında materiallar, yarışlardan reportajlar hazırlayacaq.

Həmin kateqoriyadan