- Baxış sayı: 200
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 200
- Dekabr 05, 2025
- 0

Topaz premyer liqasının 7-ci turu meydan sahiblərinin aşkar üstünlüyü ilə keçib. Allsport.az saytı xəbər verir ki, baş tutan 3 görüşdə qonaq komandalar nə xal qazanıb, nə də qol vurub. “Neftçi” “Sabah”ı, “Səbail” “Sumqayıt”ı eyni – 2:0, “Zirə” Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.
Belə hadisə sonuncu dəfə 2016/17 mövsümündə qeydə alınıb. Martın 13-14-də keçirilən 22-ci turun 4 matçında meydan sahibləri qalib gəlib. Bütün oyunları 1:0 hesabı ilə başa çatan turda qonaqlar qol da vura bilməyib. Düzdü, indikindən fərqli 570 gün əvvəl 3 deyil, 4 oyun keçirilib.