AFFA-nın lisenziyalaşdırma qrupunun fəaliyyəti standartlara uyğundur

İsveçrənin SGS şirkəti 2016-cı ildə AFFA-nın lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.
Allsport.az saytı xəbər verir ki, şirkət tərəfindən bizə ünvanlanmış təbrik məktubda, AFFA-nın lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın klubların lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur və həmin qrup 2017-18-ci il lisenziyalaşdırma mövsümündə Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırmanı həyata keçirmək hüququ qeyd edilib.
Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

Həmin kateqoriyadan