58-ci dəfə qarşılaşacaqlar

Bu gün Azərbaycan premyer liqasında 2-ci dövrəyə start veriləcək.

Allsport.az xəbər verir ki, “Qəbələ” turun 2-ci günündə meydana çıxacaq. “Qırmızı-qaralar”  səfərdə “Keşlə” ilə qarşılaşacaq.

Bakıda keçiriləcək matç komandalar arasında 58-ci qarşılaşma olacaq. İndiyədək rəqiblər 57 dəfə üz-üzə gəlib. 18 dəfə qalib gələn “Qəbələ” eyni sayda heç-heçə edib. Digər 21 qarşılaşmada bakılılar qalib gəlib. Rəqib qapısından 60 top keçirən “Qəbələ” 76 qol buraxıb. Komandanın heyətində Daniel Subotiç daha çox – 5 qol vurub. 

“Qırmızı-qaralar” “Keşlə” ilə premyer liqada 53-cü dəfə görüşəcək. Çempionatda 15 qələbə və 18 heç-heçəsi olan “Qəbələ” 19 dəfə uduzub. Bakı klubu top fərqində də üstündür – 69:53.

“Qəbələ” 28-ci dəfə “Keşlə” ilə rəqib meydanında görüşəcək. 8 səfər qələbəsi olan “qırmızı-qaralar” 6 heç-heçə edib və 13 dəfə uduzub. Rəqib meydanında 28 qol vuran “Qəbələ” 46 top buraxıb.

Həmin kateqoriyadan