Bakı şəhər halqasının keçdiyi küçələrdə təhlükəsizlik sədlərinin quraşdırılması davam edir

İyunun 23-25-də paytaxtımızda keçiriləcək Azərbaycan Qran-prisinə hazırlıqla əlaqədar olaraq Bakı şəhər halqasının keçdiyi küçələrdə təhlükəsizlik sədlərinin quraşdırılması işləri davam etdirir. Allsport.az saytı xəbər verir ki, trekin Xəqani küçəsi, Bülbül prospekti və Zərifə Əliyeva küçəsindən keçən hissəsində martın 28-dən aprelin 2-dək hər gün gecə saatlarında (22:00-dan 06:00-dək) baryer quraşdırma işləri aparılacaq.

Paytaxt sakinlərindən göstərilən müddət ərzində trekin bu hissəsində avtomobillərini saxlamamaları xahiş olunur. Əks halda işin fasiləsiz gedişatına maneçilik törədən avtomobillər evakuator vasitəsilə yaxın küçə və ya ərazidəki parklanma yerlərinə aparılacaq.

Həmin kateqoriyadan