- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu gün paytaxtda formula-1 üzrə Azərbaycan qran-prisi başladı. Allsport.az saytının xəbərərinə görə, dünya çempionatının 8-ci mərhələsində 10 komandadan 21 sürücü mübarizə aparır. Nadir xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, arxitektur binaları, müasir memarlıq abidələri və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər. Layihənin müəllifi bütün müasir formula-1 treklərinin memarı olan Herman Tilkedir.
Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar yolun marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Ümumilikdə, 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyə biləcək.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
Bu gün formula-1 və formula-2 üzrə sərbəst yürüşlər təşkil olunacaq. Sabah f-1 üzrə sərbəst və sıralama yürüşü, f2-də 1-ci yarış keçiriləcək. Nəhayət, sonuncu gün – iyunun 25-də Azərbaycan qran-prisi, həmçinin formula-2 üzrə 2-ci yürüş baş tutacaq.