Ross Braun: Bakı Şəhər Halqası mükəmməldir

“Formula1-in tarixində biznesin inkişafı üçün müəyyən işlər görəcəyik. Biz yeni qrup yaratmışıq. Elə edəcəyik ki, həm komandalara, həm də tamaşaçılara maraqlı olsun”. Allsport.az saytının məlumatına görə, bunu f1-in idman direktoru Ross Braun Bakıda keçirdiyi mətbuat konfransında dedi.

Onun sözünə görə, bu yarışın gələcəkdə iqtisadi cəhətdən davamlı olması üçün çalışacaq və yeni yaradılan ekspertlər qrupu bununla məşğuldur. Sitat: “Qaydalarda dəyişiklər olacaq. İstəyirik ki, həyacan çox, yarış daha maraqlı olsun. Büdcəmizə gələn gəliri zəif komandaların güclənməsinə yönəldəcəyik. Məqsədimiz rəqabəti artırmaqdır, əhatəsini genişləndirmək, komandaların sayını 12 və ya 13-ə yüksəltməkdir.

Qonaq Azərbaycan qran-prisi haqda da danışdı. Dedi ki, buraya ilk səfəridir. “Bakı Şəhər Halqası mükəmməldir. Təşkilatçılar gözəl iş qruplar. Hər şeydən məmnunam. Yarışın uğurla və gözəl təşkil olunacağına ümid edirəm. Dünya çempionatı olduğu üçün rəqabətin hər bir ölkədə aparılması vacibdir”.

Həmin kateqoriyadan