VİDEO
Türkiyəli bahadır erməni rəqibini yendi, Azərbaycan bayrağı ilə fəxri dövrə vurdu

Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa birinciliyində türkiyəli yunan-Roma güləşçisi Camal Mutlu (50 kq) Ermənistan təmsilçisi Aşot Mxitaryan üzərində qazandığı 3-cü yer uğrunda qələbəni özünəməxsus tərzdə bayram edib.
Allsport.az saytı xəbər verir ki, qardaş ölkənin bahadırı sevincini xalçanın kənarını Türkiyə və Azərbaycan bayraqları ilə fəxri dövrə vurmaqla bölüşüb.
Bu çəkidə finalda Azərbaycan güləşçisi Zülfüqar Əliyev gümüş medalla kifayətlənib.

Həmin kateqoriyadan